Maraqlı

Dubayda nağıl təki villalar tikilib - VİDEO - FOTO

24 Aprel 2017 16:33
2 Şərh     Baxış: 13 822
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində dünyanın ən bahalı, ən lüks villalar kompleksinin inşası başa çatmaqdadır.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, "XXII Carat" kompleksi hər biri 7 yataq otaqlı, landşaft bağlı, 24 saatlıq konyerj xidmətli 22 villadan ibarətdir.

Dubayın Palm-Cumeyra səmtində, süni adalar massivindəki villaların satış qiymətləri 11-24 milyon dollar arasındadır və onların 30 faizi artıq satılıb.

Villaların hamısında Braziliyadakı Amazon cəngəlliklərindən çıxarılmış daşlardan ovulan və qiyməti 1 milyon dollar olan vannalar var. Vannaların hər biri dağ büllurundan hazırlanıb.

Aksessuarlar İtaliyanın Florensiya şəhərindəki "Baldi Home Jewels" firmasında hazırlanıb.

Kompleksin investoru rusiyalı biznesmendir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:

Dubayda nağıl təki villalar tikilib

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.