Maraqlı

İtaliyanın məşhur qrupu ABŞ-dan qovuldu

12 Mart 2017 23:25
0 Şərh     Baxış: 1 241
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İtaliyanın məşhur post-pank qrupu "Soviet Soviet" ABŞ-a buraxılmayıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, "SXSW" festivalında konsert verməli olan qrup ölkədən qeyri-qanuni miqrantlar kimi deportasiya olunub. Bu barədə qrup Feysbuk hesabında yazıb.

Musiqiçilərin sözlərinə görə, ABŞ gömrük rəsmiləri onları martın 8-də Sietl hava limanında saxlayıblar.

"Soviet Soviet"in üzvləri 4 saat sorğu-sual edildikdən sonra onların ölkədən çıxarılmasına qərar verilib.

Qeyd olunur ki, musiqiçilər qandallanıb, mobil telefonları əllərindən alındıqdan sonra bir gecə nəzarətdə saxlanılıblar. Növbəti gün onları yenə də qandallı şəkildə aeroporta gətirərək İtaliyaya yola salıblar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.