Maraqlı

Ballı-limonlu keks - HAZIRLANMA QAYDASI

13 Mart 2017 07:00
7 Şərh     Baxış: 5 816
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az lent.az-a istinadən xanımlara ballı-limonlu keksin reseptini təqdim edir. Siz də sınaqdan keçirib bişirin. Dadını bəyənəcəksiniz. Üstəlik hazırlanması da asandır.

Ərzaqlar:
 
200 qr un (2 su stəkanı)
50 qr kərə yağı (1 dolu yemək qaşığı)
yarım çay stəkanı süd
1 çay stəkanı bal
1 limon qabığı rəndəsi
Dörddə bir limonun suyu
1 paket qabartma tozu
1 paket vanil
 
Hazırlanması:
 
Kərə yağı və südü bir tavaya töküb isidin. Kərə yağı əriyəndə balı əlavə edin.
Digər ərzaqları başqa bir qaba tökərək qarışdırın. Kərə yağı-bal qarışımını da qatıb mikserlə çırpın. Yağlanmış kiçik sini, qəlib və ya mafin qablarına boşaldın. 175 dərəcədə əvvəlcədən qızdırılmış sobada qızarana qədər bişirin.
Keks qızardıqdan sonra ortasına bir diş çöpü batırın. Əgər çöpün ucunda xəmir yoxdusa, deməli, bişib, sobadan çıxarın ki, qurumasın.
 
Nuş olsun!

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.