1904 kvadratmetrlik daxili sahəsi, qarajında qızıl suyuna çəkilmiş Lamborghini Aventador Roadster, Rolls-Royce Dawn və Bentley avtomobilləri, qızılla süslənmiş xüsusi otaqda dünyanın ən bahalı şampan şərabı sayılan Crystal dolu 170 şüşə...
7 yataq otağı və 11 vanna otağı olan "Opus" adlı bu superlüks malikanə ABŞ-ın Los-Anceles şəhərinin yaxınlığındakı Beverli-Hillsdədir.
Milli.Az ABC-yə istinadən bildirir ki, malikanə satışa çıxarılıb və onun ilkin qiyməti 100 milyon dollardır.
1 hektarlıq həyəti olan malikanə çox bahalı mebel və aksessuarlarla doludur. Malikanədə Demien Hörst və Endi Uorhollun əsərlərindən ibarət kolleksiya da var.
İki hovuzu, şərab anbarı, 2 barı, fitnes salonu, gözəllik salonu və 15 nəfərlik ev kinoteatrı olan malikanəni "Midasın məkanı" da adlandırırlar.
"Opus" malikanəsi məşhur dizayner Nil Niami və memar Pol MakKlinin əsəridir.
Milli.Az