Maraqlı

İrina Şeykin Ronaldudan ayrılması təsdiqləndi

17 Yanvar 2015 23:12
0 Şərh     Baxış: 1 522
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tatar supermodel İrina Şeykin meneceri onun İspaniyanın "Real" (Madrid) klubunun portuqaliyalı ulduzu Kriştianu Ronaldudan ayrılmasını təsdiqləyib.
 

Milli.Az Us Weekly-yə istinadən bildirir ki, menecer deyib: "İrina Şeyk 5 ildən bəri Ronaldu ilə davam edən münasibətlərə son qoyub. İrina bununla bağlı heç bir şərh vermək niyyətində deyil".
 

29 yaşlı İrina ilə onun həmyaşıdı Kriştianunun ayrılmasının səbəbkarı futbolçu olub.

Səbəb Ronaldunun anasının 60 illik yubileyinə həsr olunmuş ziyafətə İrinanın qatılmaq istəməməsi olub.
 

"Onlar möhkəm mübahisə etdilər və Yeni İl ərəfəsində Ronaldu oğlu ilə birlikdə qaldı. Bu, səbr kasasını daşdıran son damla oldu, çünki İrina ilə Kriştianu arasındakı münasibətlərdə aylardan bəri gərginlik hiss olunurdu", - menecer deyib.
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.