Maraqlı

Rafetdən qayınatasına sərt sözlər: "Yaltaq, axmaq, qorxaq..."

3 Oktyabr 2016 10:21
1 Şərh     Baxış: 2 323
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rafet El Roman və boşanma ərəfəsindəki xanımı Ceren Kaplakarslan arasındakı qalmaqal getdikcə böyüyür. İkili artıq bir-birinə qarşı təhqir dolu sözlərdən istifadə edilər.

Milli.Az "Cadde"yə istinadla xəbər verir ki, bir neçə gün əvvəl Cerenin Rafetə məktub yazıb ondan bağışlanma dilədiyi haqda məlumatlar yayılmışdı. Ceren isə bu barədə sosial şəbəkədə status yazıb, məktub məsələsini təkzib edərək Rafetin adını işarələyib "tərbiyəsiz, çıx get həyatımdan", qeyd etmişdi. Hətta Cerenin atası da qızına dəstək olmuşdu.

Lakin müğənninin boşanmaq ərəfəsində olan xanımına cavabı gecikməyib. O, sosial şəbəkədə yazıb.

"Sən niyə bu qədər duyğusuz, mərhəmətsiz və xain bir insan oldun? Nifrətin saxtası olmur, həqiqətən. İnsan bir məktub üçün bu qədər kinli olmaz. Daha üç gün əvvəl səni sevirəm dediyi insana belə sözlər yazmaz. Bu məktubu sən yazmısan, Ceren. Sənə necə və nə zaman yazdığını xatırladardım...

Atan istisna olmaqla digər şərh yazanlara heç bir sözüm yoxdur, onların heç nədən xəbəri yoxdur. Atilla Kaplakarslan (Cerenin atası), sən həyatımda gördüyüm ən yalançı, ən yaltaq, ən ..., ən qorxaq insansan".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.