Maraqlı

Qırışlara qarşı möcüzəli KREM

14 May 2016 22:45
7 Şərh     Baxış: 7 021
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Milli.Az immunitet.az-a istinadən ev şəraitində hazırlanması mümkün olan qırışlar əleyhinə krem reseptini təqdim edir. Bu reseptdə yazılanlara əməl eləsəniz, bir həftə ərzində dərinizin necə gözəlləşdiyinin şahidi olcaqsınız. Resept asan başa gəlir. Amma gərək yatmazdan 2 saat əvvəl üzünüzə sürtəsiniz, çünki kremin dəriyə verdiyi xoş təsir 2 saat müddətində öz işini görür. Kremi hazırlamaq üçün aşağıdakılar lazımdır:

- 1 yumurta sarısının yarısı
- 2 çay qaşığı qoz yağı, olmasa zeytun yağı da qatmaq mümkündür
- 1 çay qaşıqı xörək duzu
- 2 çay qaşığı çobanyastığı dəmləməsi (1 xörək qaşığı quru çobanyastığı çiçəyi 200ml suda 15-20 dəqiqə qaynadılır)
- yarım çay qaşığı  bal
- 2 çay qaşığı kosmetik vazilen (apteklərdə satılır)
Bunların hamısı eyni kütlə şəklinə düşənədək qarışdırılır, soyuducuya qoyulur.
Yüngül massaj şəklində dəriyə çəkilir, 30 dəqiqə sonra pambıq tamponla silinib mineral su hopdurulur.
Yuxarıda deyilənlərə əməl etsəniz dərinizin 3 gündə necə dəyişildiyini görəcəksiniz.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.