Doşab çox qiymətli müalicəvi məhsuldur.
Şərqdə doşab qədim zamanlardan müxtəlif xəstəliklər zamanı və həmçinin ümumi möhkəmləndirici vasitə kimi istifadə olunur.
Milli.Az saglamolun.az-a istinadən bildirir ki, tut doşabı ən xeyirli doşab sayılır. Onun tərkibi həqiqətən olduqca zəngindir. Mütəxəssislər doşabı balla müqayisə edir və iddia edirlər ki, bəzi maddələrin səviyyəsinə görə doşab balı üstələyir. Belə ki, doşabda dəmir balla müqayisədə daha çoxdur. Bu səbəbdən doşab qanazlığı zamanı və bu pozulmanın profilaktika məqsədi ilə geniş istifadə olunur.
Doşab güclü iltihabəleyhinə təsirə malikdir. Bu səbəbdən soyuqdəymə xəstəlikləri zamanı doşab çox yaxşı kömək edir - xəstənin ümumi vəziyyətini yaxşılaşdırır, tərləməni artırır, hərarəti salır.
Öskürək zamanı da doşab çox yaxşı kömək edir - bəlğəmi duruldur və bəlğəmin çıxmasını asanlaşdırır. Öskürəklə mübarizə etmək üçün 1 xörək qaşığı doşab (uşaqlar üçün 1 çay qaşığı) 1 stəkan ilıq süddə həll edib xəstəyə vermək lazımdır.
Doşab immun sistemini möhkəmləndirir və orqanizmə ümumi möhkəmləndirici təsir edir. Xəstəlik və ya cərrahi əməliyyat keçirmiş insanlar üçün doşab xüsusilə xeyirlidir.
Kalium və maqneziumla zəngin olan doşab ürək-damar sistemi üçün çox faydalıdır - ürək əzələsinə müsbət təsir edir, ödemləri azaldır.
Doşab qara ciyərin dostudur. Doşab qara ciyərin sağlamlığına çox müsbət təsir edir - qara ciyəri möhkəmləndirir, ödqovucu təsir edir.
Belə hesab olunur ki, doşab kişilərdə potensiyanı gücləndirir.
B qrupu vitaminlərlə zəngin olan doşan insanın sinir sisteminə də müsbət təsir edir - sakitləşdirir, yuxusuzluqla mübarizə etməyə kömək edir. Güclü əqli və fiziki yorğunluğu zamanı doşabın qəbulu çox xeyirlidir.
Profilaktika məqsədi ilə və immuniteti möhkəmləndirmək üçün doşabı hər gün acqarına yeməkdən 20-30 dəqiqə əvvəl qəbul etmək lazımdır. Böyüklər 1 xörək qaşığı, uşaqlar 1 çay qaşığı qəbul edə bilərlər. Müalicəvi vasitə kimi istifadə etdikdə bu doza artırılır.
Nəzərinizə çatdıraq ki, doşab allergiyaya səbəb ola bilər.
Milli.Az
Maraqlı
Kişilərdə potensiyanı artıran qida
3 Oktyabr 2015 23:55
2 Şərh
Baxış: 11 296
DİGƏR XƏBƏRLƏR
- Kosmik gözəllik: Süd yolu qalaktikası ilə bağlı ən rəngarəng görüntülər - FOTOlar
- Qazaxın azad kəndlərinin bir addımlığında... - VİDEO
- Süni intellekt ən populyar axtarış sistemini "sındırdı"
- Telefonun enerjisini uzun müddət saxlamağın 8 yolu
- 3 bürc üçün pul çay kimi axacaq – Bu gündən
- Tualeti dəfnə yarpağı ilə sürtün – Evdar qadınlar bilməlidir
XƏBƏR LENTİ
- Kosmik gözəllik: Süd yolu qalaktikası ilə bağlı ən rəngarəng görüntülər - FOTOlar
- Nürəddin bürünc qazanıb, Cəbrayıl Qadjiyev Avropa çempionu olub
- Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı 15 kəndlə əlaqə kəsildi - FOTOlar
- 5 dəqiqə ərzində hazırlanır və ömürlük effekt verir
- Daha bir çayda suyun səviyyəsi artdı
- Cizgi filmi ilə həyatı dəyişən vunderkind: "Google"da işləyən azərbaycanlı ilə MÜSAHİBƏ - FOTO
- Qazaxın azad kəndlərinin bir addımlığında... - VİDEO
- Sabah Bakıda güclü külək olacaq
- Kalsium çatışmazlığını bunlarla aradan qaldırın
- Yığmamız Avropa çempionatını 1 medalla başa vurub
- Qəzzada ölənlərin sayı artdı
- Süni intellekt ən populyar axtarış sistemini "sındırdı"
- Elxan Məmmədov: “Zelimin döyüşündə yaşadığım stress uzun müddət mənlə qalacaq” - MÜSAHİBƏ
- Telefonun enerjisini uzun müddət saxlamağın 8 yolu
- Morqan xərçəngin qurbanı oldu
- 10 min metr məsafədədünya rekordu qırıldı
- 3 bürc üçün pul çay kimi axacaq – Bu gündən
- Əfsanə vidalaşır: “Fənər”lə son matçına çıxacaq
- Azərbaycanın bu ərazilərində subasma olacaq - XƏBƏRDARLIQ
- Yepiskop Baqrat Qalstanyan Ermənistanın Baş naziri olmaq istəyir
- Yusif İmanov: “Sonluq yaxşı alındı”
- Emildən 3-cü qızıyla bağlı paylaşım - FOTO
- Tualeti dəfnə yarpağı ilə sürtün – Evdar qadınlar bilməlidir
- Putin dayanmır, müharibəyə hazırlaşmalıyıq - Leyen