Maraqlı

Yarıçılpaq qadınlar, milyonlarla pul, axmaq reklam - VİDEO - FOTO

1 May 2015 10:33
0 Şərh     Baxış: 2 637
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
İsveçin H&M brendi yeni bikini kolleksiyasının reklam kampaniyasını populyar "Charlie's Angels" filminə bənzətmək istəmişdi. Reklam klipinin çəkilişinə 3 milyon avro ayrılmışdı və böyük çəkiliş qrupu da vardı.

Döyüş filmlərini xatırladan ssenarili reklamın süjetinə görə, dünyanın 4 müxtəlif məkanında olan 4 model qəfil çağırış mesajı alırlar. Onlar bütün işlərini yarımçıq qoyaraq göstərilən yerə tələsirlər.
 

Xanımlar tropik çimərlikdə görüşür və sonra da H&M bikinilərinin reklamına başlayırlar.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, çoxlu pulun xərclənməsinə, "Victoria's Secret" brendinin sabiq modellərinin cəlb olunmasına rəğmən, reklam absurd təsiri bağışlayıb.
 

"H&M Summer 2015: Summer starts now!" adlı reklama çəkilən Adriana Lima, Dautsen Kres, Coan Smolls Nataşa Poli "xüsusi təyinatlı agent" statuslu qadınlar rollarını oynayırdar.
 

Onlar London, Milan, Mayami və Santa-Dominikadan Karib hövzəsindəki adalardan birinə tələsirlər.

Biri motosikletlə, biri off-rouderlə, biri motorlu qayıqla, biri də təyyarə ilə.
 

Və fizikanın bütün qanunlarını pozaraq hamısı eyni vaxtda, eyni anda həmin məkana çatırlar.
 

Reklam sosial şəbəkələrdə ironiya ilə qarşılanaraq gülüş və lağlağı obyektinə çevrilib.
 

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.


Videonu izləmək üçün şəklə klikləyin.

фото
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.