Milli.Az 4charx.com-a istinadən bildirir ki, ilin başlanğıcında praktiki olaraq bütün dünya avtomobil dərgiləri Stiv Salinin məşhur kontorunun iflasın bir addımlığında olduğunu yazırdı. Görünür emalatxana öz problemlərini uğurla həll edə bilib.
Ekstremal Saleen S302 Black Label 2015 kupe kuzov üçün "Kaliforniyada qürub çağı" adlı unikal narıncı-sarı rəng çaları, yenilənmiş aerodinamik asma və fantastik 730 at gücü əldə edib. Saleen şirkəti təmsilçilərinin fikrincə Saleen S302 Black Label 2015 bu gün "ən güclü Ford Mustang istehsal versiyasıdır".
Saleen S302 Black Label 2015 tamamilə yeni aerodinamik asma əldə edib. Onun bütün komponentləri karbondandır. Avtomobilin salonunda da ən yüksək keyfiyyətli materiallardan - dəridən və zamşdan istifadə edilib.
Milli.Az