Maraqlı

15 yaşlı milyonçu - FOTO

27 Fevral 2015 19:54
1 Şərh     Baxış: 3 132
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Amerikalı qızın illik gəliri təxminən 500 min dollardır

ABŞ-da 15 yaşlı qız öz şirkətini qurub.


Milli.Az bildirir ki, anspress-in  məlumatına görə, Noa Mintz adlı lisey şagirdinin öz işçiləri də var.

Noa 3 il əvvəl dayə xidməti təklif edən sayt açıb. Başlanğıcda 50 müştərisi olan Noanın indi 200-ə yaxın müştərisi var. Noa hər işçisinə saatına 5 dollar ödəyir. İşə başlayanda o, orta hesabla 100 dollar qazanırdı. İndi isə onun illik gəliri təxminən 500 min dollardır.

Artıq kifayət qədər pul qazanan Noa məktəbə getməli olduğundan işlərini idarə etmək üçün işçi tutub və ofis icarəyə götürüb. O, "CNN"ə verdiyi müsahibəsində dərslərində müvəffəqiyyətli olmadığını deyib: "Dərslərimdə işlərimdə olduğum qədər müvəffəqiyyətli deyiləm, çətinlik çəkirəm. Amma, məncə, dərslərdə uğur qazanmaqla sahibkar olaraq uğur qazanmaq fərqli şeylərdir".

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.