Maraqlı

Müğənninin 52 milyon dollarlıq uçuşunu kim maliyyələşdirir? - FOTO

27 Fevral 2015 11:53
0 Şərh     Baxış: 2 222
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünyaca məşhur britaniyalı müğənni Sara Braytman Rusiyanın paytaxtı Moskvanın yaxınlığındakı Kosmonavtların Hazırlıq Mərkəzini tərk edərək istirahətə yollanıb.
 

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, onun istirahəti martın 11-dək davam edəcək.

54 yaşlı müğənninin harada istirahət etdiyi açıqlanmır.
 

Sara Braytmanın sentyabrın 1-də "Soyuz" kosmik gəmisi ilə kosmosa yollanacağı gözlənilir. O, uçuşu üçün 52 milyon dollar ödəyib.

Uçuş baş tutarsa, Braytman dünya tarixində 8-ci kosmik turist olacaq.
 

Uçuşda Braytmanın tərəf-müqabili 35 yaşlı danimarkalı mühəndis Andreas Mogensen olacaq.
 

Kosmosda 10 gün qalacaq Braytmanın uçuşunun kim və ya kimlər tərəfindən maliyyələşdirilməsi də dəqiq bəlli deyil.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.



Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.