Maraqlı

Polis zabiti cin çıxardı - VİDEO - FOTO +18

27 Fevral 2015 12:00
0 Şərh     Baxış: 3 303
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
"İblis! Çıx bu biçarənin bədənindən! Cinlərini də topla, rədd ol! İblis, çıx, rədd ol!"

Latın dilində deyilən bu kəlmələrdən sonra "İblis əsiri olan" adam başını yelləməyə, səndirləməyə başlayıb, sonda yıxılıb.

Amma onun qollarından tutub qaldırıblar.
 

Milli.Az El Mundo-ya istinadən bildirir ki, olay Braziliyanın Qoyas ştatındakı Qoyanira şəhərində yaşanıb.

28 yaşlı Rodrigo Betti gecə klublarından birində içib sərxoş olandan sonra küçəyə çıxıb, yolla keçənlərə sataşmağa, onlara söyməyə və bağırmağa başlayıb.
 

Hadisə yerinə polis çağırılıb.
 

36 yaşlı polis leytenantı Rikardo Mendes də olay yerinə gələndə "bədəməlin vücuduna İblis yerləşdiyini" gördüyünü söyləyir.
 

"O, başını aşağı salaraq çox heybətli səslə xırıldayır, nə isə pıçıldayırdı. Anlaşılmaz dildə danışırdı. Bu zavallının İblisə əsir düşdüyünü dərk etdim və ekzorsizmə başladım", - mömin, ən başlıcası isə savadlı katolik olduğunu vurğulayan Rikardo Mendes söyləyib.
 

Ekzorsizm, yəni vücuddan cin çıxarma əməiyyatına başlayan polis leytenantı sərxoş Bettinin başından tutaraq onun qulağına latınca dualar pıçıldayıb, sonra da İblisi "qovmağa" başlayıb.
 

Bir müddət sonra sakitləşən Betti sanki yuxudan ayılıb və polisə minnətdarlıq edib.
 

"Heç nə yadımda deyil. Gecə nə etdiyimi xatırlamıram. Yəqin, vücuduma İblis girmişdi", - Rikardo Betti söyləyib.
 

Milli.Az

 
Böyütmək üçün şəkillərə klikləyin.




Videonu izləmək üçün şəklə klikləyin.

фото
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.