Maraqlı

Pinqvinlərə yun köynək toxuyur - FOTO

13 Fevral 2015 09:55
1 Şərh     Baxış: 996
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avstraliyanın ən yaşlı adamı vaxtının çox hissəsini pinqvinlərə yun köynək toxumaqla keçirir.

Trend-in Türkiyənin "Hürriyyət" qəzetinə istinadən verdiyi məlumata görə, qocalar evində yaşayan 109 yaşlı Alfred Deyt toxuculuq üzrə mütəxəssisdir.

A.Deyt yun köynək toxumaq təklifini Pinqvinləri Müdafiə Mərkəzindən alıb. Mərkəzin məqsədi neft sızmalarından zərər görən pinqvinləri qorumaqdır.

Pinqvinlərin tükləri neft sızmalarından bir-birinə yapışır. Bu səbəbdən onlar həm üşüyərək xəstələnir, həm də ağırlaşdıqlarından şikarlarını ovlaya bilmirlər.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.