Maraqlı

Lexus sirri açdı - FOTO

10 Yanvar 2015 22:22
0 Şərh     Baxış: 1 604
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Detroyt motor-şousuna bir neçə gün qalmış, "Lexus" GS F idman modifikasiyasının sirrini açdı. Biznes sinfinə məxsus sedan bazarda, ilk növbədə, "BMW M5" və "Mercedes-Benz E63 AMG" ilə rəqabət aparacaq. Yenilik debütdən bir neçə ay sonra satışa çıxarılacaq. 

Milli.Az auto.az-a istinadən bildirir ki, "Lexus GS F"-in kapotu altında 467 a.g. olan 5,0-litrlik atmosferli mühərrik yerləşdirilib. Mühərrik 8-pilləli avtomatik sürət qutusu ilə birgə işləyəcək. Texniki göstəricilərinə görə bu mühərrik birbaşa rəqiblərin qüc qurğularından zəifdir. 

Misal üçün demək olar ki, "BMW M5"-in mühərriki 552 a.g., "Mercedes-Benz E63 AMG"-nin mühərriki isə 550 a.g. verir. Lakin "GS F" bu rəqiblərdən kifayət qədər yüngüldür. 

Onun tam çəkisi "BMW M5"-dən 115 kq, "Mercedes-Benz E63 AMG"-dən isə 195 kq yüngüldür. 

Yeni "Lexus GS F"-in dinamik xarakteristikasından hələlik məlumat yoxdur. 

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.