Maraqlı

Valideynlərə ən gözəl bayram hədiyyəsi - VİDEO - FOTO

27 Dekabr 2014 10:29
2 Şərh     Baxış: 1 785
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
"Ən yaxşı hədiyyələr bəzən sadə, hətta yöndəmsiz paketlərdə və qutularda olur. Hamının Milad bayramını təbrik edirəm!"

Co Rikelme Facebook-dakı səhifəsində belə yazmışdı.
 

Milli.Az ABC-yə istinadən bildirir ki, Conun valideynləri illər əvvəl ipoteka krediti ilə kiçik ev almışdılar. Yaşlı ata və ana ipoteka ödənişlərini verir, banka borclarının başa çatacağı günü səbirsizliklə gözləyirdilər.
 

Co bunu bildiyindən Milad bayramında valideynlərini sevindirmək qərarına gəlib.

VideoShop adlı proqramın müəllifi olan Co sonradan videoservis qazanıb. Proqramın populyarlaşması sayəsində Co Rikelme yaxşı pul qazanıb.

Nyu-Yorkda yaşayan Co Milad bayramında valideynlərinin yanına yollanıb, ata evində olub.
 

O, divanda atası və anasının yanında oturanda deyib: "Milad bayramıdır. Sizə hədiyyəm var".

Bunu söyləyən Co cibindən zərf çıxarıb və anasına verib.
 

Ana zərf alanda gülümsəyib, oğlu ilə zarafatlaşıb: "Co, nə balaca hədiyyədir bu belə?!"

Amma o, iki qatlanmış zərfi açıb kağızı oxuyanda hisslərinə hakim ola bilməyib və ağlayıb.
 

Çünki kağızda yazılmışdı: "Evinizin ipoteka krediti tam ödənib. Milad bayramınız mübarək!" Kağızın yanında isə "Bank of America"nın ödəniş çeki vardı. Çekdə ailənin ipoteka borcunun tam ödənildiyi göstərilmişdi.
 

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.
 



Videonu izləmək üçün şəkilə klikləyin.

фото
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.