Maraqlı

Viktoriya Bekhem moda biznesinə başladı - FOTO

25 Sentyabr 2014 11:23
0 Şərh     Baxış: 1 763
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Dünyanın ən məşhur futbolçularından biri, ingilis Devid Bekhemin xanımı Viktoriya Bekhem illərdən bəri modelyerliklə məşğul olur.

İndisə o, moda brendi yaradıb.
 

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, "The Spice Girls" qrupunun sabiq solisti Londonun dəbdəbəli Meyfeyr səmtində 320 m2 sahəsi olan butik açıb.

Butik "Dover Street" küçəsindədir.
 

Viktoriyanın dediyinə görə, bu butik onun "Victoria Beckhem" brendinin bütiklər şəbəkəsinin ilk "qaranquş"udur.

"Çox sevinirəm. İlk dəfədir ki, yaratdığım brendi burada, aşkar şəkildə görürəm. Butikdə də ənənəvi vitrin istəmədim. Burada əsərlərimin olduğu nəhəng pəncərə və böyük, hərəkət edən beton divar var", - Viktoriya Bekhem deyib.
 

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.



Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.