Maraqlı

Mixael Şumaxerin xanımı nəhayət ki, gülümsədi - FOTO

27 Avqust 2014 09:37
0 Şərh     Baxış: 1 676
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Beynəlxalq "Formula-1" avtoçempionatının canlı əfsanəsi, "Qırmızı baron" adlandırılan alman pilot Mixael Şumaxerin zanımı Korinna Şumaxer 8 aydan sonra nəhayət ki, kütləvi tədbirə qatılıb.
 

Reportyorlar Korinnanı Fransada Ümumdünya Cıdır Yarışlarında tribunada görüblər.

Korinna Şumaxer aylar sonra ilk dəfə gülümsəyərkən kameraların obyektivlərinə düşüb. K.Şumaxer Kann şəhərində keçirilən çempionatın səfiridir və yarışları da aktiv şəkildə dəstəkləyir.
 

45 yaşlı Mixael Şumaxer ötən ilin dekabrın 29-da Fransanın alp dağlarındakı dağ xizəkçilik kurortlarından birində yamacdan üzüaşağı sürüşərkən yıxılmış, başı qayaya dəymişdi.
 

Ölümcül vəziyyətdə İsveçrədəki klinikalardan birinə aparılmış Mixael Şumaxer 6 ay koma vəziyyətində qalmışdı.
 

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.