Maraqlı

Avtobus sürən qadın ölkədə məşhurdur

18 Avqust 2014 18:42
0 Şərh     Baxış: 1 727
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Belarusda sərnişin avtobusunun sürücüsü olan Yelena Buday ölkədə məşhurdur.
 

Milli.Az AHT-yə istinadən bildirir ki, 12 ildən bəri sürücü işhləyən Y.Budayın sürücülük vəsiqəsində B, C və D kateqoriyaları var.

"Nədənsə avtobus sürücülərinin mütləq kişi olmasının gərəkdiyini düşünürlər. Sarışın, manikürlü məni görəndəsə "Sən burada nə edirsən?!" soruşurlar.

Qadının yalnız uşaq doğub yemək bişirmək üçün yaradıldığını düşünənlər də var. Amma nə edə bilərəm?! Böyük avtomobilləri idarə etməyi sevirəm", - Y.Buday deyib.
 

Onun sözlərinə görə, işinin ən çətin məqamı səhər saat 3-də oyanmaqdır.
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.