Maraqlı

Cem Yılmaz: "Sus, əxlaqsız hərif!"

18 Avqust 2014 11:59
0 Şərh     Baxış: 1 599
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin ən məşhur stənd-ap ustası, komik Cem Yılmaz srağagün Bodrumun Cennet Köyündə bir xanımla birgə istirahət edərkən paparassilərin kameralarına tuş gəlmişdi.
 

Bundan sinirlənən Cem Yılmaz Twitter-də emosiyalarına hakim ola bilməyib:
 

"Maqazin jurnalistləri artıq evlərin ətrafında dolaşaraq şəkillərimizi çəkirlər. Bir gün sizdən polisə şikayətlənəcəyəm. Görək zərbə kimə dəyəcək. "Məşhursansa kameranı evinə dayayıb çəkərəm" anlayışının da bir açıqlaması vardır. Soruşsan, həyatları müqəddəsdir. Mənim haqqımda isə "məşuqə tapdı, istirahətə yollanıb gizli eşq yaşadı". Sus, adam, əxlaqsız hərif!" - C.Yılmaz yazıb.
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.