Maraqlı

Ledi Qaqa canlı əfsanədən danışdı - FOTO

30 İyul 2014 10:57
1 Şərh     Baxış: 1 263
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünyanın ən populyar və ekstravaqant müğənnilərindən biri Ledi Qaqa amerikalı svinq və caz əfsanəsi Toni Bennetlə birlikdə albom hazırlayır.
 

Milli.Az TMZ-yə istinadən bildirir ki, "Dahi amerikan müğənnisi" adlandırılan 87 yaşlı Toni Bennett və 28 yaşlı Ledi Qaqa "Cheek to Cheek"lə bağlı albomu 2011-ci ildə hazırlamağa başlayıblar.
 

Albomda 1920-1960-cı illərdə Brodvey müziklləri, Hollivud filmləri və "Tin Pan Alley" səsyazma studiyası üçün yazılmış mahnılardan bir neçəsi yer alır.

Həmin mahnılar arasında Corc Gerşvin və Koul Porterin bəstələri də var.
 

Ledi Qaqanın son albomu olan "Artpop" 2013-cü ildə satışa çıxarılmışdı.
 

Dünən Ledi Qaqa Nyu-Yorkdakı "Rockerfeller Center"də idi. Onun əynində tanınmış dizayner Sofi Uebsterin əsəri olan geyim vardı.

"Qəribə görünə bilər, amma pop və ya R&B ilə müqayisədə caz mənimçün daha rahatdır. Hələ 13 yaşım olanda caz oxuyurdum. Toni ilə duetdə də əsla çətinlik çəkmirəm. Toni Bennet mənimçün canlı əfsanədir və onunla çalışmaq olduqca maraqlıdır", - Ledi Qaqa söyləyib.
 

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.



Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.