Maraqlı

"İnanın, məni İblis hədələyir"

29 İyul 2014 22:27
0 Şərh     Baxış: 1 115
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Polyak katolik keşiş and-aman edir ki, İblisdən hədə dolu SMS-lər alır.
 

Milli.Az European-a istinadən bildirir ki, Marian Rayhel Polşanın cənub-qərbindəki Yaroslav şəhərindəki kilsələrdən birinin ksöndzüdür.
 

Onun sözlərinə görə, yeniyetmə qızın vücuduna yerləşmiş İblisi qovaraq ekzorsizm ayinini gerçəkləşdirəndən sonra İblisdən hədələr almağa başlayıb.
 

"İblis indi mənə SMS-lər yollayır. O, yeniyetmə qızın vücudundan qovulandan sonra daha da həyasızlaşıb. İblislə onun tərəfdarları müasir texnologiyalardan istifadə edirlər. Mobil telefon sahibləri çox vaxt anlamırlar ki, İblis onlarla oynayır", - Marian Rayhel söyləyib.
 

Onun sözlərinə görə, İblisin yolladığı SMS-lərdən birində yazılmışdı: "O, bu cəhənnəmdən çıxmayacaq. O mənimdir. Onun üçün dua edən hər kəs öləcək".
 

Keşiş bu hədələrdən qorxmayaraq qız üçün dualarını davam edib və İblisə SMS yollayaraq onu rədd olmağa çağırıb.
 

Keşişin iddialarına görə, Cavab SMS-də yazılıb: "Kəs səsini, keşiş! Sən heç özünü xilas edə bilməyəcəksən! İdiot, qoca keşiş!"
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.