Maraqlı

Xəyanət baha başa gəldi - FOTO

30 İyul 2014 19:10
1 Şərh     Baxış: 8 969
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aktrisa Kristen Stüart ilə yaxalanan rejissor Rupert Sanders artıq sabiq arvadının ona qarşı qaldırdığı iddia əsasnıdakı boşanma prosesini uduzub. O, varidatının təxminən yarısını sabiq arvadına verməlidir.


Milli.Az AHT-yə istinadən bildirir ki, 43 yaşlı ingilis rejissor R.Sandersin sabiq xanımı, 35 yaşlı model Liberti Ross sakitləşmək niyyətində deyil.

"Onu xəyanətinə peşman edəcəyəm. Yeni iddialar hazırlayıram", - L.Ross deyib.


Məhkəmə qərarına görə, Sandersin 4 villası sadiq arvadına veriləcək. Bundan başqa, o, L.Rossa ayda 23 min dollar aliment ödəməlidir.

Məşhur rejissor Rupert Sanders "Twilight" kinosaqasının ulduzu Kristin Stüartla 2012-ci ildə öpüşəndə paparassilərə hədəf olmuşdu.


Bu fotolar yayılandan sonra K.Stüartın sevgilisi Robert Patissson ondan ayrılmış, amma sonra aktrisanı əfv etmişdi.


Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.
 


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.