Maraqlı

Gənc qadına ölmüş nənəsindən mesaj gəldi

8 İyul 2014 12:32
10 Şərh     Baxış: 2 942
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Cina Mixay adlı Rumıniya sakini çoxdan vəfat etmiş nənəsindən fotomesaj alıb. Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, 34 yaşlı qadın mobil telefonunda ölmüş nənəsinin fotosunu görəndə şoka düşüb.

Qadın mesaj səsindən sonra telefonu açıb. Oradakı selfi fotosundan nənəsini tanıyıb. Telefondakı foto bir qədər tutqun olsa da, adamı aydın seçmək olub. Fotoda nənəsinin boynuna ilan dolaşıb.

Qorxuya düşən Mixay dərhal baxıcıya gedib. Baxıcı deyib ki, vəfat etmiş nənəsinin ruhu narahatdır. Baxıcının sözlərinə görə, qadının boynuna dolanmış ilan narahatlığın əlamətidir. Baxıcı Mixaya məsləhət görüb ki, nənəsi üçün dua etsin.

Qadın etiraf edib ki, dindar olsa da, son zamanlar kilsəyə ibadət üçün getməyib. Nənəsinin qəbrini isə ölən gündən bəri heç ziyarət etməyib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.