Milli.Az 4charx.com-a istinadən bildirir ki, xüsusi RR Sport istisnasız olaraq HSE Dynamic və Autobiography Dynamic komplektasiyalarında təklif ediləcək. Hər iki halda avtomobil eksteryerin təzadlı tərtibatı (qara radiator barmaqlığı, güzgülərin korpusları, kapotun üzərində hava dəlikləri və s.), 21 və ya 22 düymlük doqquz və ya 15 milli təkər diskləri və tutqunlaşdırılmış fara blokları ilə öyünə biləcək.
Modelin qiymətləri hələ elan edilməyib, amma artıq bazara çıxış vaxtı məlumdur. Land Rover gələn ay sifarişlərin qəbuluna başlayacaq, ilk alıcılar ilin sonunadək RR Sport Stealth Pack avtomobillərini əldə edə biləcəklər.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.