Maraqlı

70 il birgə yaşayan cütlük eyni gündə öldü

21 Aprel 2014 17:03
2 Şərh     Baxış: 1 019
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Amerikanın Ohayo ştatında 70 il birgə yaşamış qadın və kişi eyni gündə dünyalarını dəyişiblər. Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, onların ölümləri arasında cəmi 15 saat vaxt fərqi olub.

92 yaşlı Helen Felumli aprelin 12-də, onun əri, 91 yaşlı Kennet isə növbəti gün dünyasını dəyişib. Hər iki şəxs qocalıqdan dünyalarını dəyişiblər.

"Biz bilirdik ki, biri öləndən sonra o biri də öləcək", - cütlüyün qızları Linda Kodi bildirib.

Cütlüyün 8 uşağı, 23 nəvəsi və 43 nəticəsi var.

Helen və Kennet gənc yaşlarında tanış olublar. 1944-cü ildə ailə qurublar. Helen evdar qadın olub. Həyat yoldaşı isə dəmir yolu işçisi, sonradan isə poçtalyon olub.

Onlar təqaüdə çıxdıqdan sonra ABŞ-ın bütün ştatlarını avtobusla səyahət ediblər.

Dünyasını dəyişən cütlüyün övladları bildirirlər ki, onlar həmişə bir-birinin əlindən tutaraq yemək yeyirdilər. Heç vaxt ayrı yataqlarda yatmayıblar.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.