Maraqlı

Satışa quru araq da çıxacaq

21 Aprel 2014 16:42
0 Şərh     Baxış: 645
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
ABŞ-da quru, toz şəkilli alkoqollu içki istehsalına başlanılıb. Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, bu ilin payızından etibarən şüşədə spirtli içki almağa artıq ehtiyac qalmayacaq. Kağız paketlərlə də mağazanı tərk etmək olacaq. Həmin içkiləri tək içmək deyil, eyni zamanda kulinariyada istifadə etmək olar.

Araq, rom və digər populyar içkilər yüz qramlıq paketlərdə satılacaq. Quru içkilər artıq ABŞ-da müvafiq dövlət lisenziyaları alıb.

Toz şəkilli alkoqolu dünyanın müxtəlif ölkələrində də satışa çıxaracaqlar.

Həmin içkilərdən istifadə etmək üçün sadəcə, tozu su ilə qatmaq kifayət edir.

Bu içkilərin hazırlanması zamanı istehsalçılar toz şəkilli meyvə şirələri və süd hazırlanması texnologiyalarına istinad ediblər.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.