Maraqlı

Ovu qarnını yeyib çıxdı - FOTO

18 Aprel 2014 10:44
1 Şərh     Baxış: 3 408
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Həzm edə biləcəyindən artıq yemək" ifadəsinin bariz nümunəsinə alimlər Makedoniyada rast gəliblər.

Qolem Qrad şəhərinin yaxınlığında tədqiqat aparan zooloqlar gürzə və qırxayaqla qarşılaşıblar.


Milli.Az Daily Mail-ə istinadən bildirir ki, gənc və təcrübəsiz dişi gürzə böyük qırxayağı ovlamış, onu udmuşdu.
 

Amma qırxayaq, deyəsən, həyatla vidalaşmaq niyyətində deyildi. İlanın qarnındakı bu həşərat qıvrılıb, çırpınıb və sonda ilanın qarnını yeyərək gəmirib, azadlığa çıxıb.


Di gəl, o da ilan təki ölüb.


Serb herpetoloq Lilian Tomoviç "Ecologica Montenegrina" jurnalındakı məqaləsində bildirir ki, 20 sm uzunluğunda ilan tamahının qurbanı olub.


Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.