Maraqlı

Volkswagen Jetta yeniləndi - FOTO

15 Aprel 2014 18:33
0 Şərh     Baxış: 960
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Volkswagen şirkəti Amerika bazarı üçün yenilənmiş Jetta sedanını rəsmən təqdim etdi. Modelin dünya premyerası bu ay Nyu-York motorşousunda olacaq.

Milli.Az 4charx.com-a istinadən bildirir ki, sələfindən yenilənmiş Jetta yeni qabaq bamper, başqa radiator barmaqlığı, işıq diod zolaqlı modernizə edilmiş baş işıq faraları, fərqli arxa fənərlər, həmçinin yük yerinin dəyişdirilmiş qapağı və yüngül tamamlanmış arxa bamperlə fərqlənir.

Salonda yeni sükan təkəri, cədvəllərin xromlanmış haşiyələmələri ilə cihaz paneli, bortkompüterin rəngli ekranı və mərkəzi konsolda parlaq qara yerləşdirmələr yer alıb. Bundan başqa, restaylinq edilmiş Jetta üçün opsional avadanlığın siyahısı genişləndirilib və ona ölü zonaları izləmə və qarşı-qarşıya toqquşmalar haqqında xəbərdarlıq sistemləri, həmçinin adaptiv biksenon baş işıq faraları əlavə edilib.

Jetta mühərrik qammasına üç benzin mühərriki daxil olacaq: iki litrlik atmosfer, 1,8 - və 2,0-litrlik turbo aqreqatlar. Bundan başqa, model əvvəlki kimi hibrid güc qurğusuyla və dizellə əlçatan olacaq.

Amerika dilerlərinə VW Jetta yenilənmiş sedanı bu ilin üçüncü rübündə daxil olacaq.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.