Maraqlı

Bu da tüninq olunmuş BMW M3 Coupe - FOTO

15 Aprel 2014 19:39
0 Şərh     Baxış: 694
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
E92 kuzovunda "qaynar" BMW M3 Coupe modelini daha yaxşı, ən əsası isə daha maraqlı etmək olar. Məsələn, necə ki, bunu yapon sazlama atelyesi Liberty Walk ustaları ediblər.

Milli.Az 4charx.com-a istinadən bildirir ki, onların əlinə düşən BMW M3 Coupe qabaritlərini və kuzovunun aerodinamikasını artırmış bodi-kit, aşağı salınmış və daha sərt asqı, daha iri təkərlər və səsi tənzimləyən iPE F1 firma qaz xaricetmə sistemi əldə edib. Edilmiş bütün dəyişiklikləri GTSpirit nəşrinin dərc etdiyi şəkillərdə görmək olar. Amma, ilk növbədə, parlaq yaşıl rəng istənilən yerdə ona diqqətsiz qalmamağa kömək edəcək.

Əlavə edək ki, kupenin salonu da tünerlərin diqqətindən kənar qalmayıb. Dəri və karbon onu tanınmaz dərəcədə dəyişib, qabaq oturacaqların yerini xüsusi təhlükəsizlik kəmərləri ilə yarış kürsüləri tutub və arxa oturacaqlar ümumiyyətlə artıq yoxdur - indi orada polad borulardan qaynaq edilmiş təhlükəsizlik karkası qurulub

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.