Maraqlı

Yeni BMW X6 M sınanır - VİDEO

5 Aprel 2014 16:17
0 Şərh     Baxış: 1 243
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Alman şirkəti BMW Nyurburqrinq yarış trekində 2015-ci ilin X6 M (F86) modelini sınaqdan keçirir. Avtomobilin yüksək məhsuldar SAC (Sports Activity Coupe) versiyasını əldə edəcəyi ehtimal edilir. Avtomobil bazarının bir çox ekspertlərinin fikrincə BMW X6 M ikinci nəsili rəsmən 2014-cü ilin sonunda təqdim ediləcək, bir neçə ay sonra isə diler salonlarına daxil olacaq.

Milli.Az 4charx.com-a istinadən bildirir ki, hələlik isə yeni model haqqında çox az şey məlumdur. Çoxları bu fikirlə razılaşır ki, yenilənmiş variant inqilabi dizayn almayacaq. Hərçənd alman markası nümayəndələri də söz vermişdilər ki, yaxın gələcəkdə X6 özündə kupe və krossoveri birləşdirəcək.

BMW X6 ikinci nəsili əsasən X4 krossoverinin böyüdülmüş surəti olacaq, amma bu zaman "qaynar" M versiyaları daha "qəzəbli" ön hissə, idman asqısı və arxa bamperdə dörd borulu modifikasiya edilmiş xaricetmə sistemi əldə edəcək. Burada təqdim edilən videoda BMW X6 M modelinin Nürburqrinqdə sınaq yürüşünü görə biləcəksiniz.

Milli.Az


Videonu izləmək üçün aşağıdakı şəklə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.