Milli.Az 4charx.com-a istinadən bildirir ki, hələlik isə yeni model haqqında çox az şey məlumdur. Çoxları bu fikirlə razılaşır ki, yenilənmiş variant inqilabi dizayn almayacaq. Hərçənd alman markası nümayəndələri də söz vermişdilər ki, yaxın gələcəkdə X6 özündə kupe və krossoveri birləşdirəcək.
BMW X6 ikinci nəsili əsasən X4 krossoverinin böyüdülmüş surəti olacaq, amma bu zaman "qaynar" M versiyaları daha "qəzəbli" ön hissə, idman asqısı və arxa bamperdə dörd borulu modifikasiya edilmiş xaricetmə sistemi əldə edəcək. Burada təqdim edilən videoda BMW X6 M modelinin Nürburqrinqdə sınaq yürüşünü görə biləcəksiniz.
Milli.Az