"Shag at Uni" adlanan müsabiqənin iştirakçılarının tam əksəriyyəti universitetlərdə oxuyan qızlardır.
Onlayn müsabiqənin şərtlərinə görə, daha çox kişi ilə cinsi əlaqəyə girən tələbə qız qalib sayılır.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, "Shag at Uni" müsabiqəsinin son qalibi Ekseter Universitetinin 20 yaşlı tələbəsi, əslən latviyalı olan Elina Deseyndir.
Elina Deseyn həftədə ən azı 3 kişi ilə yatağa girdiyini bildirib və cinsi əlaqədə olduğu "partnyorlar"ının siyahısını tutub.
"Onların hamısı yadımda deyil. Bəzilərini unutmuşam və belələrinin adının qarşısına sual işarəsi qoymuşam. Amma hər şeyə rəğmən, müsabiqədə qalib gəldim. Çünki rəqiblərimlə müqayisədə, daha çox kişi ilə yatmışam", - Elina bildirib.
20 yaşlı tələbəyə mükafat qismində 500 funt-sterlinq nağd pul, illik prezervativ "ehtiyatı", mobil telefon və bir yeşik viski verilib.
Müsabiqənin təşkilatçısı Tom Turlou deyib: "Elina ilə yataqda oldum, onun uğurlarını yoxladım. Çox ehtiraslı, şəhvətli qızdır".
Britaniyanın Daxili İşlər Nazirliyi araşdırmalara başlayıb, Səhiyyə Nazirliyi isə "dünyanın ən əxlaqsız müsabiqəsi" adlandırdığı "Shag at Uni"nin dərhal dayandırılmasını və günahkarların cəzalandırılmasını tələb edib.
Müsabiqənin qalibi, "Slutvian" və "Sekseter" kimi tanınan Elina Deseyn də polisə çağırılıb.
Milli.Az





Fotolar: Daily Mail





