49 yaşlı Cey Nelsonun dediyinə görə, qoduğu balası kimi sevir və onun qulluğunda da durur. Houp adlı bu qoduq hərdən soncuqlasa da, "ana"sı Cey onu nəvazişlə qucaqlayır, sığallayır, öpür.
Fermer Ceyin dediyinə görə, Houp doğulandan az sonra anası, Tappens adlı boz eşşək onu təpikləməyə və dişləməyə başlayıb: "Ona görə də naçar qaldıq, Houpu evdə saxlamağa başladıq. İndi ondan ayrı dura bilmirəm".
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, İngiltərənin Kambriya qraflığındakı Karlayl bölgəsində yerləşən "Floshes Farm" fermasının sahibəsi bu miniatur qoduğu çox sevdiyini vurğulayır.
"Ona hər iki saatdan bir keçi südü verirəm. Çox şən, səmimi, yaxşı qoduqdur Houp. Sanki daha bir övladım var", - Cey deyir.
Onun sözlərinə görə, Houp indi Şotland ponisi Diksi və labrador cinsindən olan iti ilə əməlli-başlı dost olub.
Houp Aralıq dənizi eşşəyi cinsindəndir.
Britaniyada hazırda yalnız 400 belə eşşək var və onların ən ucuzu 2500 funt-sterlinqdir.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.








Fotolar: Daily Mail