Maraqlı

Cazibədar BMW 4-Series

26 Sentyabr 2013 22:36
0 Şərh     Baxış: 838
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
BMW 4-Series Coupe tədricən tüninq paketlərlə zənginləşir. Növbəti belə proqramlardan birini JMS mütəxəssisləri təqdim ediblər. Mütəxəssislər yalnız xarici görünüş üzərində işləməyiblər, həm də gələcəkdə avtomobilin gücünü də artırmağa söz veriblər.

Milli.Az 4charx.com-a istinadən bildirir ki, hələlik onlar alıcılara 399 avroya başa gələcək yeni qabaq spoyler və Schmidt Revolution-dan birinci dərəcəli 20 düymlük təkər diskləri təklif edirlər. Emalatxananın müştəriləri yoldan ara məsafəsini qabaqdan 55 millimetr, arxadan 45 millimetr azaldan yeni KW asqısı da sifariş edə bilərlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.