Alfa Romeo-dan yeni ulduz - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az Auto.az-a istinadən bildirir ki, "Spider" adını 1966-cı ildə peyda olan və 1993-cü ildə model sırasından çıxan (bu vaxt ərzində dörd nəsil dəyişib) kompakt italyan rodsteri daşıyıb. Avtomobil heç vaxt güclü mühərriklərlə komplektləşməyib (1969-cu ildə buraxılan 132 a.g. olan Veloce versiyası hələlik ən güclü versiyadır ), lakin quruluşunun sadəliyinə, ucuz qiymətinə və yadda qalan dizaynına görə məşhur olub.
Bu günlərdə Autocar jurnalı öz oxucularına italyanların "Mazda" ilə birgə hazırladıqları yeni "Alfa Romeo" modelinin "Spider" adı alacağı barədə məlumat verdi. "İtalyanka" bacısı ilə bir konveyerdə - yəni Xirosimada "Mazda" zavodunda buraxılacaq.
Britaniya jurnalistləri iddia edirlər ki, yeni "Spider"-in dizaynı üzrə son təkliflər hazırdır və Fiat konserninin rəhbərliyinin təsdiqini gözləyir. Layihəyə bilavasitə "Alfa Romeo" və "Maserati"-nin baş dizayneri Marko Tenkoni rəhbərlik edir. O, son vaxtların ən məşhur italyan yeniliklərinin müəllifi hesab olunur: kompakt sportkar "Alfa Romeo 4S"-dən "Maserati Ghibli" və "Quattroporte" kimi nüfuzlu sedanlara qədər.
Klassik "Spider"-i həm də konservativ dizayna görə xoşlayırdılar: doxsanıncı illərin ortalarında da model altmışıncı ilin avtomobili kimi görünürdü. Autocar-ın "Alfa Romeo"-dakı mənbəyi iddia edir ki, yeni "Spider"-in xarici görünüşünü keçmişə baxmadan düzəldiblər: "Avtomobil müasir olmalıdır, 4S və markanın başqa modellərinin fonunda əcaib görünməməlidir".
Autocar jurnalistləri həmçinin bildirirlər ki, avtomobil təxminən 1100 kiloqramm gələcək (indiki nəsil MX-5-in çəkisi - 1200 kq-dır) və 168 a.g. verən 1,4 litr həcmli MultiAir seriyalı turbomühərriklə komplektləşdiriləcək - "MiTo" və "Giulietta" hetçbeklərinin kapotunun altında bu mühərrikdən görmək olar.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.







DİGƏR XƏBƏRLƏR
-
Üzəri qızarmış, içi yumşaq: Sobada bibər dolması resepti
-
Turşu bankasını açdıqdan sonra bu səhvi etməyin
-
Yenidoğulmuşlarda həyati qoruyucu bakteriya yox olur: Allergiya riski 3 dəfə artır
-
Soyuducudakı ağır qoxunu 48 saata yox edən üsul: Quru qəhvə çöküntüsü
-
Eyniyumurta əkizləri üzərində 20 illik botoks təcrübəsi: Aradakı fərq mütəxəssisləri təəccübləndirdi
-
Paxlalıların qurdlamasının qarşısını alan effektiv saxlama üsulları
XƏBƏR LENTİ
-
Üzəri qızarmış, içi yumşaq: Sobada bibər dolması resepti
-
Turşu bankasını açdıqdan sonra bu səhvi etməyin
-
Yenidoğulmuşlarda həyati qoruyucu bakteriya yox olur: Allergiya riski 3 dəfə artır
-
Soyuducudakı ağır qoxunu 48 saata yox edən üsul: Quru qəhvə çöküntüsü
-
Eyniyumurta əkizləri üzərində 20 illik botoks təcrübəsi: Aradakı fərq mütəxəssisləri təəccübləndirdi
-
Paxlalıların qurdlamasının qarşısını alan effektiv saxlama üsulları
-
Orta Asiya mətbəxinin əfsanəsi: Özbək mantısı resepti
-
“X” valideyn nəzarəti funksiyasını istifadəyə verdi
-
Bakıda tıxacları azaldacaq 6 zolaqlı yeni yolun tikintisi yekunlaşmaq üzrədir - (Video)
-
Alla Puqaçovanın makiyajsız halı - (Foto)
-
Batumidəki davaya görə Ərdoğan prezidentə zəng etdi
-
Günün qoroskopu: Hissləriniz və intuisiyanız bu gün sizə ən doğru yolu göstərəcək
-
Kənd yumurtası 50 qəpiyə kimi qalxdı - (Video)
-
Sabah Qax və Oğuzda qaz olmayacaq - Yenilənib
-
7 məşhur 5 il narkotik testi verəcək
-
Şəmkirdə ayı həyətyanı sahəyə daxil oldu - (Foto)
-
Daha bir Ukrayna klubu Aleksey Kaşuka elçi düşüb
-
İtkin düşən 19 yaşlı gəncdən xəbər var - (Foto)
-
Naxçıvanda ağır qəza - beş nəfər xəsarət alıb - (Foto)
-
“Beşiktaş”ın İsrail klubu ilə oyunu bərpa olunub - Yenilənib - (Video)
-
Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? - təfərrüat - (Video)
-
Qazaxda evin həyətində partlayış: Xəsarət alanlar var - (Yenilənib/Video)
-
TikTok insan beynini öldürür - Tokayev
-
14 günlük körpə xəstəxanada öldü - Açıqlama





