Maraqlı

Bu da yeni BMW - FOTO

29 İyun 2013 22:02
0 Şərh     Baxış: 548
VTB-də yüksək depozit faizleri daha çox qazandırır
Lakin əsas sual - avtomobilin seriya modelinə işarə olacağı və ya elə konseptual "əşya" kimi qalacağıdır.

Milli.Az Auto.az-a istinadən bildirir ki, ənənəyə uyğun olaraq "BMW" ətraflı məlumat vermir və "rahat-dinamik dizayn", "stereoskop funksionallıq" haqqında ümumi sözlərlə məhdudlaşır. Yeganə istisna - avtomobilin "Connected Drive" kommunikasiya sisteminin yeni imkanlarını nümayiş etdirəcəyinin qeyd edilməsidir. Buna baxmayaraq, bu sistemin növbəti nəsli tamaşaçılara təqdim olunub, lakin seriya modellərində meydana gəlməyib - ona görə də bu sahədə heç bir sensasiya olmayacaq.

Yeniliyin adı - "Active Tourer Outdoor Concept"dir. Buradan da məlum olur ki, o keçən payızda Parisdə təqdim olunan avtomobil "Active Tourer Concept"ə (şəkildəki) qohumdur. Həmin avtomobil 1,5-litrlik benzin turbomühərriki və elektrik mühərriki olan hibriddir. Bu mühərriklər ikisi birlikdə 190 a.g. verir və 100 km yola cəmi 2 litr benzin sərf edir.

"Active Tourer Concept" seriya hetçbeki, ya da kompaktvenin nümunəsi sayılır. Bu avtomobil birinci seriya ailəsinə daxil olacaq və yəqin ki, "1 GT" adı alacaq. Yeni konsept aktiv həyat mövzusunda dizayner məşqi də ola bilər. Nahaq yerə deyil ki, debüt aktiv istirahətə həsr olunmuş sərgidə keçiriləcək.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.





Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.