Maraqlı

Yeni il qapıda: süfrədə hansı məhsullar mütləq olmalıdır?

27 Dekabr 2012 16:43
0 Şərh     Baxış: 358
VTB-də yüksək depozit faizleri daha çox qazandırır
Bayram süfrəsi haqqında hələ bayramdan xeyli əvvəl düşünmək lazımdır. Çalışın Yeni ili həm ruhunuz, həm də bədəniniz üçün bayrama çevirin. İstirahət günlərində 1-2 kq artıq çəki alsanız da, çalışın bu, əhval-ruhiyyənizi pozmasın. Belə ki, bayram günü süfrədə mütləq çoxlu meyvə-tərəvəz olmalıdır.

Anspress xəbər verir ki, bu gözlənilən yüklənmə ilə mübarizəyə kömək edir və artıq yeməyə imkan vermir. Yaxşı olar ki, bayram günü axşam harasa gedəcəksinizsə, naharda salat və tərəvəz şorbası, balıq və ya soyutma ət yeyəsiniz. Bunun sayəsində bayrama nə çox ac, nə də tam tox gedəcəksiniz.

Bayramı qeyd etdiyiniz yerdə çalışın masada bu 5 məhsul olsun.

1. Su

Qoy həmişə əlinizin altında bir stəkan qazsız su olsun. Spirtli içidən sonra su içməklə özünüzü mədə bulantısından sığortalamış olursunuz. Amma bayram günü süfrədə çox su içməyə çalışmayın. Bu həzmetməni poza bilər. Daha yaxşı olar ki, suyu yeməyə 1,5 saat qalmış və ya yeməkdən 40 dəqiqə sonra içəsiniz.

2. Göyərti

Göyərti hər yerdə olmalıdır. Məhz göyərtinin tərkibi bol miqdarda minerallar, mikroelementlərlə zəngindir. Onlar bayram süfrəsində orqanizmi faydalı maddələrlə təmin etməyə imkan verəcək. Daha bir vacib məqam: cəfəri spirtli içki qoxusundan azad olmağa imkan verir.

Təzə tərəvəzlərdən olan salatlardanda çox yeməyə çalışın. Bu, artıq çəki nöqteyi-nəzərindən tamamilə rahatlıq, eyni zamanda faydalı fermentlər, minerallar deməkdir. Əsas odur ki, mayonezsiz olsun.

3. Zeytun

Niyə təccüblənirsiniz ki? Hələ heç kim tərəvəzlərin ziyanlı ola biləcəyini deməyib. Zeytun, kartof, soğan, qarğıdalı,yerkökü ancaq vitamin kompleksi deyil, onlar həm də mədə bağısaq traktının normal funksiyası üçün faydalı liflərlə zəngindir.

Qaynadılmış ət - salatları doyumcul və dadlı edir. Həm də sağlamdır. Yumurta da öz yerinə görə, faydalı və kifayet qədər vitaminli qidadır.

Yeganə minus - mağaza mayonezidir. Amma bunun da çarəsi var. Salatları evdə hazırlanan souslarla bəzəmək olar.

4. Yağlı balıq

Farel, nərə, xanı balığı - tərifnamə oxumaq olar. Yağlı balıq doymamış yağ turşusu, D və E vitamini ilə boldur. Onlar spirtli içkiyə xüsusi meyl zamanı fəallaşan sərbəst radikallarla yaxşı mübarizə aparırlar.

5. Meyvələr

Birincisi, Yeni il süfrəsində meyvə səbəti çox gözəldir. İkincisi bu bol vitamin, orqanizm üçün faydalı minerallar, liflərdir. Bir əmma var - belə ki, yemkələ meyvə arasında azı 1 saat fasilə verin. Bu vaxt ərzində mədə ağır yeməkləri həzm edəcək.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.