"OpenAI" süni intellekt əsaslı "ChatGPT" platformasında reklamların yerləşdirilməsi ilə bağlı sınaqlara başlayıb.
Milli.Az xəbər verir ki, şirkətin rəsmi açıqlamasına görə, test mərhələsi hazırda ABŞ-də aparılır. Reklamlar yalnız "Pulsuz" və "Plus" istifadəçilərinə göstəriləcək. "Pro", "Business" və "Enterprise" paketlərindən yararlananlar isə bu yenilikdən təsirlənməyəcək.
Açıqlamada bildirilib ki, məqsəd reklamlar vasitəsilə platformanın imkanlarını genişləndirmək və eyni zamanda istifadəçi etibarını qorumaqdır. Şirkət bu addımı istifadəçi rəylərini öyrənmək və gələcək qərarları daha dəqiq vermək üçün ilkin sınaq kimi dəyərləndirir.
Asya
Milli.Az





