Kainatın gizli xəzinəsi: 10 min illik supernova qalıqları yenidən görüntüləndi - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
NASA və Avropa Kosmik Agentliyinin (ESA) birgə layihəsi olan Hubble Kosmik Teleskopu 35 illik xidmətinə yaxınlaşarkən məşhur bir supernova qalığı olan Pədə Dumanlığına yenidən fokuslanıb.
Milli.Az qaynarinfo.az-a istinadən xəbər verir ki, Qu bürcü istiqamətində, təxminən 2 400 işıq ili uzaqlıqda yerləşən bu dumanlıq, Günəşdən təxminən 20 dəfə böyük bir ulduzun 10 min il əvvəl şiddətli partlayışı nəticəsində geridə qalan izlərdir.
Hubble Kosmik Teleskopu tərəfindən çəkilmiş bu şəkil Pərdə Dumanlığı adlı fövqəlnova qalığını göstərir. Şəkildəki mavi, qırmızı və sarı rənglər isti qazdakı müxtəlif növ atomlardan yayılan işığı təmsil edir
Müxtəlif dalğa uzunluqlarında əldə edilən yeni görüntü
"Hubble"ın Geniş Sahə Kamerası 3 (WFC3) vasitəsilə fərqli filtrlərdən istifadə edilərək çəkilən yeni və rəngli görüntüdə hidrogen, kükürd və oksigen atomları xüsusilə vurğulanıb. Görüntü Pərdə Dumanlığının yalnız kiçik bir hissəsini əhatə edir və bu sahə yan-yana düzülmüş altı Yer peykinin ölçüsünə bərabərdir. "Hubble" bu möhtəşəm dumanlığın görüntülərini daha əvvəl 1994, 1997 və 2015-ci illərdə də çəkmişdi.
.jpg)
1994-cü ilin noyabrında və 1997-ci ilin avqustunda çəkilmiş Pərdə Dumanlığının şəkilləri
.jpg)
Təqdim olunan şəkil dumanlığın nəhəng strukturunun yalnız kiçik bir hissəsini göstərən, təxminən iki işıq ili genişliyini əhatə edir. Altı fərqli "Hubble" şəklini birləşdirərək yaradılan bu mozaika 14-17 aprel 2015-ci il tarixləri arasında çəkilmiş şəkillərdən yaradılıb
Bu son görüntü tək bir vaxt çərçivəsində əldə edilsə də, göy alimlərinə son 30 ildə aparılan elmi tədqiqatları daha yaxşı anlamağa kömək edir. 1994-cü ildə "Hubble" tərəfindən çəkilmiş görüntülərlə birləşdirildikdə, bu yeni görüntü qaz buludlarının və nazik lifvari strukturların zamanla necə hərəkət etdiyini aydın şəkildə göstərir.
"Hubble"ın gecə səması müsabiqəsi
Bu il NASA və Astronomiya Birliyi "Hubble"ın Gecə Səması Yarışmasını elan edib. Hər ay "Hubble" alimləri astrofotoqrafların çəkə biləcəyi göy cisimlərinin siyahısını təqdim edəcəklər. Yarışmada seçilən bütün hədəflər Yerdən, xüsusən teleskop və ya durbin vasitəsilə müşahidə edilə bilir.
Əvvəlki müsabiqələrdə iştirakçılardan M1 Xərçəng Dumanlığı və C39 Kloun Dumanlığı kimi obyektləri görüntüləmələri istənilmişdi. Mart ayı üçün Şimal Yarımkürəsindəki müşahidəçilərə M44 (Arı yuvası), açıq ulduz topası M48, M67 və ya "Qızıl Göz Kral Kobrası" və C48 sarmal qalaktikasına fokuslanmaları tövsiyə olunur. Cənub Yarımkürəsində olan müşahidəçilərə isə, bu hədəflərə əlavə olaraq C90 planetar dumanlığını araşdırmaları məsləhət görülür.
35 illik kəşf və elmi miras
24 aprel 1990-cı ildə orbitə buraxıldığından bəri Hubble Kosmik Teleskopu 1,5 milyondan çox müşahidə aparıb və bu məlumatlar 20 mindən çox elmi məqalədə istifadə olunub. Kainatın sirrlərini açmağa davam edən bu teleskop, astrofizika sahəsində ən mühüm alətlərdən biri olaraq qalır.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Masazırda şagirdlər zirzəmidə dərs keçib? - Açıqlama - (Video)
-
"Beşiktaş"da ciddi itki
-
KamAZ sürücülərindən ibarət toy karvanı diqqət çəkdi - (Video)
-
"Arda Güler yeni Messidir, bütün planet görür" - (Video)
-
Meyxanaçılar arasında dava: Balaəli meyxanaçıya butulka atdı - (Video)
-
Xalq artisti: "Burun əməliyyatı zamanı masada ölmüşəm" - (Video)
XƏBƏR LENTİ
-
MEMİM bu il də “Sənət inciləri” layihəsi ilə Üzeyir Hacıbəyli festivalına töhfə verəcək
-
Azərbaycanlı futbolçunu öldürən erməni Rusiyada həbs olundu - (Foto)
-
Prezident İlham Əliyevin “Qobustan” Günəş Elektrik Stansiyasının açılışından maraqlı görüntüləri - (Video)
-
Masazırda şagirdlər zirzəmidə dərs keçib? - Açıqlama - (Video)
-
ABŞ və husilər Omanda gizli görüş keçirdi - Detallar
-
Türkiyəli iş adamının olduğu təyyarə dağa çırpıldı
-
Azərbaycanda 70 qurum akkreditasiya edildi
-
Badamdarda yaşayış binasında partlayış: Xəsarət alan var
-
"Beşiktaş"da ciddi itki
-
Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
-
Narkotik aşkarlanan yük maşınları müsadirə olunsun - Təklif
-
Kanada Aİ-yə qoşula bilər?
-
“Neftçi” 1000-ci oyununa çıxacaq
-
TDT ölkələri arasında ticarət və iqtisadi əlaqələrin inkişafı müzakirə olunub - (Foto)
-
Ermənistan məhkəməsi TRIPP üzrə sazişi təsdiqlədi
-
Şahin Mustafayev yenidən Azərbaycan Stolüstü Tennis Federasiyasına prezident seçilib
-
Bu şəxslərin hərbi rütbədə olma müddəti 1 il azaldılacaq
-
Leytenantların xidmət müddəti ilə bağlı yeni qayda
-
Ülvi Quliyev "Şöhrət" ordeni ilə təltif edilib
-
KamAZ sürücülərindən ibarət toy karvanı diqqət çəkdi - (Video)
-
Makiyaj edən məktəbli müzakirələrə səbəb oldu: "Altı dərs boş-boş oturduq" - (Video)
-
“Bolonya”da baş məşqçi dəyişdi - Tedesko göndərildi
-
Ramiz Mehdiyevin işində onlar da dindirilib
-
"Arda Güler yeni Messidir, bütün planet görür" - (Video)





