Maraqlı

Dünyanın ən sürətli maşını hansıdır? - SİYAHI

11 İyul 2012 11:17
14 Şərh     Baxış: 24 980
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Anspress oxucularına dünyanın ən sürətli maşınlarının siyahısını təqdim edib.

Bugatti Veyron Super Sport
"Bugatti"nin Veyron modeli Ginnesin Rekordlar Kitabına daxil edilib. O, bu sertifikatı saatda 431 km sürətə qalxaraq alıb. "Veyron"un genişləndirilmiş 4-turbolu mühərrik və daxili soyuducuları var. Model bu günə qədər istehsal edilən ən sürətli yol maşınıdır. Maşının qiyməti 2.4-2.6 milyon dollar arası dəyişir.

Hennessey Venom GT
"Hennessey Venom GT" 2.5 saniyədə 60 km sürət yığa bilir. Bundan 321 km-ə çatmaq üçün isə cəmi 12.8 saniyə lazımdır. Maşının qiyməti 1 milyon dollar civarındadır.

Koenigsegg Agera R
Adıçəkilən modelin sürəti saatda 418 km-dir. Şirkətin 2013-cü ildə buraxacağı modelinin gücü 1140 at gücü, sürət həddi isə 439 km olacaq. Yeni modelin qiyməti hələ açıqlanmasa da, köhnə modellərin qiyməti 1.6 milyon dollardır. Avtomobilin bir çarxının qiyməti isə 12 min dollardır.

SSC Ultimate Aero
Saatda 413 km sürət yığa bilir. Model 650 min dollaradır.

Saleen S7 Twin Turbo
7 litrlik mühərrikə sahib olan iki qapılı avtomobilin 2005-ci ildəki qiyməti 585 min dollar idi. O, saatda 399 km sürət yığa bilir.

Koenigsegg CCX
İdman maşınlarının tanınmış siması olan CCX bu modellə avtomobil bazarına geri dönüb. Saatda 394 km sürət yığan maşının qiyməti 550 min dollardır.

McLaren F1
"McLaren F1"in sürəti saatda 240 km-ə çatır.

Zenvo ST1
Danimarkanın istehsal etdiyi ilk super avtomobil olan model saatda 373 km sürət yığa bilir. Qiyməti isə 1.8 milyon dollardır. Bu il adıçəkilən maşından şirkət ancaq 3 ədəd istehsal edəcəyini açıqlayıb.

Noble M600
İngilis məhsulu olan maşın 3.7 saniyədə 60 km sürətə çatır. V8 mühərrikli maşın digərlərindən daha "ucuzdur" - 330 min dollar.

Gumpert Apollo
2005-ci ildə bazara çıxarılan model həm gündəlik, həm də yarış maşınıdır. 4.2 litrlik V8 mühərriki sayəsində saatda 362 km sürətə malik olur. Qiyməti 300 - 450 min dollar arasında dəyişir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.