Maraqlı

6000 il əvvəl Şumerlər görün nə tikiblər

2 Noyabr 2024 17:52
Baxış: 507
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Təxminən 6000 il əvvəl Şumerlər indi İraqın cənubunda olan isti və quru iqlimdə yaşayırdılar. Hətta o vaxtlar istiliyi idarə etmək üçün texnikaları var idi.

Milli.Az-ın məlumatına görə, Mesopotamiya şəhərlərinin xarabalıqlarını araşdıran arxeoloqlar Şumer binalarında istiyə məruz qalmağı minimuma endirə, daxili temperaturu sərin saxlaya biləcək qalın divarlardan ibarət tikililər aşar edib.

Şumerlər divarlarını və damlarını kərpic və ya palçıq kimi materiallarla tikiblər ki, bu da gündüz istiliyi udur, gecə isə buraxır.

İntensiv günəş radiasiyasına məruz qalan divarların sayını azaldan binaları da yan-yana tikiblər. Kiçik həyətlərdə işıqlandırma və havalandırma təmin edilib. Dar küçələr gün ərzində kölgə verib, piyadaların şəhər boyu rahat hərəkət etməsinə imkan verib.

Xəyal Abdullayev
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.