Ölkə

SİMA-dan piyadaları cərimələmək üçün istifadə edilə bilər? - RƏSMİ AÇIQLAMA

2 Noyabr 2024 17:59
Baxış: 490
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sosial şəbəkələrdə SİMA yeni nəsil rəqəmsal imzanın yolu qadağan olunmuş yerlərdən keçən piyadaların cərimələnməsi məqsədilə istifadə olunduğuna dair yanlış məlumatlar həqiqəti əks etdirmir və reallığa uyğun deyil.

Bu barədə "Report"un sorğusuna cavab olaraq SİMA mobil tətbiqinin yaradıcısı olan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən "AzInTelecom"dan bildirilib.

"SİMA rəqəmsal imza sadəcə hüquqi və biznes proseslərində, istifadəçilərin elektron imza ehtiyaclarını qarşılayaraq onların rəqəmsal mühitdə şəxsiyyətlərini təsdiqləməsi üçün istifadə edilən rəqəmsal həlldir. SİMA rəqəmsal imzanın piyadaların yol hərəkəti qaydalarını pozması ilə bağlı hər hansı nəzarət və ya cərimələmə funksiyası yoxdur", - məlumatda qeyd edilib.

Qeyd edək ki, bir neçə gündür sosial şəbəkələrdə yeni nəsil şəxsiyyət vəsiqəsi və ya SiMA imzası olan hər kəsin yeni nəsil təhlükəsiz şəhər kameraları tərəfindən piyada keçidi olmayan yerlərdən keçərkən 40 manat cərimələnməyə başlaması barədə məlumatlar yayılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.