Dünya ölkələri qış vaxtına keçir: Benjamin Franklin qış və yay vaxtına keçməyi niyə təklif etmişdi?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Şənbədən bazara keçən gecə dünyanın bir çox ölkəsində saatlar bir saat geri çəkiləcək.
Milli.Az lent.az-a istinadən xəbər verir ki, beləliklə, yay vaxtına son qoyulacaq və buun sayəsində insanlar əlavə bir saat yata biləcəklər. Saatın bu manipulyasiyasından sonra günəş bir saat əvvəl çıxır, lakin onun qürub vaxtı da eyni saat əvvəl olur.
Ənənəvi olaraq qış vaxtı 2025-ci il martın sonuna qədər davam edəcək.
Mövsümdən asılı olaraq əqrəbləri irəli və ya geri çəkməklə gün işığından istifadənin optimallaşdırıldığına inanılır.
Mövsümi əqrəblərin irəli və geri çəkilməsinin ideoloji ilhamvericisinin 100 dollarda təsvir olunan məşhur Amerika siyasətçisi Benjamin Franklin olduğu bildirilir. O bir vaxtlar günəşin hələ də yüksəkdə olduğunu və insanların daha bir saat işləyə biləcəyini qeyd edib. Bunun üçün isə saatın əqrəbinin irəli və geri çəkilməsinə ehtiyac yaranıb. Və ilk dəfə saatın əqrəbləri Birinci Dünya Müharibəsi zamanı Almaniyada çəkilib.
1916-cı il aprelin 30-da də əqrəblər bir saat irəli, 1916-cı il oktyabrın 1-də isə bir saat geri çəkilib. Tezliklə Böyük Britaniya da eyni şeyi edib və 1918-ci il martın 9-da ABŞ Konqresi elektrik enerjisi istehsal etmək üçün istifadə olunan yanacağa qənaət etmək üçün vaxt zonalarına bölünmə və müharibə zamanı yay vaxtından istifadəni tətbiq edib. Daha bir müddət sonra, 1966-cı ildə Birləşmiş Ştatlar sülh dövründə ilk dəfə yay vaxtına keçid tətbiq edib.
Bir çox ölkə mövsümi vaxt tətbiq edib, lakin indi 60 ölkə bundan artıq imtina edib.
Hələ ki Avropa payız və yaz aylarında saatın əqrəblərinin dəyişdirilməsi ənənəsini qoruyur.
Avropada qış və yay vaxtına keçidin ləğvini tələb edirlər
Avropa Parlamentinin üzvləri Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenə qışdan yaya və geriyə vaxt dəyişikliyini ləğv etmək vədini yerinə yetirmək tələbi göndəriblər.
"Araşdırmalar göstərir ki, vaxtın dəyişdirilməsi yuxu rejiminə mənfi təsir göstərir, infarkt və insult riskini artırır və yol qəzalarının sayının artmasına səbəb ola bilər", - Lent.az-ın arici KİV-ə istinadən xəbərinə görə, 60 deputatın məktubunda deyilir.
"Bild" xatırladıb ki, 2018-ci ildə aparılan sorğu Avropa İttifaqı vətəndaşlarının 84 faizinin vaxtı dəyişməkdən yorulduğunu göstərib. Nəticədə Avropa Parlamenti onun ləğvinin lehinə səs verib və Aİ-nin o zamankı rəhbəri Jan-Klod Yunker bu qərarı həyata keçirəcəyinə söz verib. 2019-cu ildə Ursula fon der Lyayen Yunkerin yerinə keçib və bununla da bu vədi miras alıb.
"Pandemiya və milli hökumətlər səviyyəsində bürokratların ləngliyi bizə bunu etməyə mane oldu (vaxt dəyişikliyinin ləğvi). İndi nəqliyyat nazirləri işə başlamalıdırlar", - "Bild" yazır.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb
-
Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib - (Foto)
-
"Kurtlar vadisi"nin məşhur aktyoru yeni serialda - (Foto)
-
Azərbaycanın UNESCO irsi və xalçaçılıq sənəti Peruda belə tanıdılır - (Foto)
-
Azərbaycanda bəzi məhsullar dövriyyədən çıxarılacaq
-
İşsiz şəxslərin diqqətinə: 478 manat...
-
“Həzi Aslanov” metrosunda yenilik - İşlər nə vaxt bitəcək?
-
“Ziraat Bank Azərbaycan” enerji effektivliyi layihələri üçün güzəştli maliyyələşməyə başlayıb!
-
"Çirkin"in yayım tarixi bəlli oldu
-
Su quyusuna yıxılan qadın öldü
-
Prezident İlham Əliyev: Qarabağ Zəfəri Zəngəzur dəhlizinin reallaşmasına zəmin yaratdı
-
Tarixi-dini abidələrin vahid məlumat bazası yaradıla bilər - Ramin Məmmədov
-
Azərbaycanda doğulanların sayı azalıb
-
Arda Gülerə Bellinqemdən böyük hörmətsizlik - (Video)
-
Azərbaycanda evlənənlərin yarıdan çoxu boşanır - Rəsmi
-
Azərbaycan toylarında bu məşhur ənənə qadağan edilir?
-
Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin V Toplantısının iştirakçılarına müraciət ünvanlayıb
-
Bakıda TDT-yə üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin 5-ci toplantısı keçirilir
-
Zaqatalada güllələnmiş kişi meyiti tapıldı
-
Yuxu hormonu çatışmazlığı xərçəng riskini artıra bilər
-
Hava ilə bağlı son məlumat
-
Vəfat edən Jotanın adını deyənlərə görə ərəb klubuna ağır cəza
-
Azərbaycan əhalisinin sayı açıqlandı
-
İşğaldan azad edilmiş ərazilərdə ilk bərpa olunan tarixi-dini abidələr məscidlərdir - Gündüz İsmayılov





