Maraqlı

Dünyanın ən utancaq insanı: Cəmi bir neçə saniyəyə qıpqırmızı qızarır

25 Oktyabr 2024 12:44
Baxış: 522
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çində bəlkə də planetin ən utancaq insanı ola biləcək gənc aşkar edilib. O, cəmi bir neçə saniyə ərzində o qədər qızarır ki, çuğundur rəngini alır.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə sosial şəbəkələrdə maraqlı görüntülər yayılıb.

Kadrlar dostları ilə oyun zamanı çəkilib. Videodan aydın olur ki, o, oyunun şərtlərinə uyğun qızın ağzından şirniyyatın qalan hissəsini almalıdır, ancaq bu fikir belə onun qıpqırmızı qızarmasına səbəb olur. Sonra o, uşaqlardan uzaqlaşır.

Görüntülər sosial şəbəkələrdə böyük maraqla qarşılanıb. İstifadəçilər onun ən sürətli utanma reaksiyasına görə "Ginnesin Rekordlar Kitabı"na düşə biləcəyini vurğulayıblar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.