Maraqlı

44 azərbaycanlı qadına cəhənnəm əzabı yaşadılan "ALJİR

17 Oktyabr 2024 08:34
Baxış: 1 840
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Baku TV Qazaxıstanın "ALJİR" muzeyindən reportaj hazırlayıb.

Bura əvvəllər siyasi repressiya qurbanlarının düşərgəsi olub və 44 azərbaycanlı qadın da bu düşərgəyə sürgün edilib.

Düşərgədə vətən xaini adlandırılanların həyat yoldaşları, anaları, bacıları və qızları saxlanılırdı. "ALJİR" muzeyinin mütəxəssisi Yelena Samorokovanın sözlərinə görə, düşərgə 1938-ci ildən 1953-cü ilə qədər mövcud olub:

"ALJİR" kəlməsi rusca  abbrivuaturadır  - Akmolinskiy Laqer Jen İzmennkiov Rodinı - Vətən Xainlərinin Arvadlarının Akmola Düşərgəsi). Düşərgə özünəməxsus idi, çünki burada yalnız qadınlar cəza çəkirdilər. 15 il mövcud olan düşərgə 1953-cü ildə İosif Stalinin ölümündən sonra bağlanıb və orada olan bütün qadınlar azadlığa buraxılıblar. 15 il ərzində düşərgədə 62 millətdən təxminən 20 min qadın cəza çəkib. Yəni o vaxt SSRİ-nin hər yerindən Qazaxıstana qadınlar göndərilirdi, o cümlədən, onların arasında 44 nəfər azərbaycanlı qadın da var idi".

O qeyd edib ki, düşərgəyə qadınların ilk dəstəsi 1938-ci ilin yanvarın 6-da mənfi 40 dərəcə şaxtada, sərt bir gündə gətirilib:

"İlk dəstədə 70 qadın olub, onlardan 30-u əllərində südəmər, körpə uşaqlarla düşərgəyə gətirilib. Düşərgədə qadınlar ağır işlərdə işləyirdilər. Bütün düşərgə ərazisi tikanlı məftillə hasarlanmışdı. Buradan kənara çıxmaq qadağan idi. 15 il ərzində heç bir qaçış cəhdi olmayıb. Qadınlar düşünürdülər ki, qaçmaq onların günahını təsdiq edərdi. Buna görə də, vicdanla işləməyə və öz vəzifələrini keyfiyyətlə yerinə yetirməyə çalışırdılar".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.