Maraqlı

Uzaqdan işləmək stress səviyyəsini azaldır - ARAŞDIRMA

9 İyul 2024 13:41
Baxış: 606
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Amerikalıların 96 faizi hibrid işin onların psixi sağlamlığı üçün yaxşı olduğunu düşünür.

Milli.Az lent.az-a istinadən bildirir ki, Amerikanın "FlexJobs" şirkətinin yeni növ koronavirus (Covid-19) epidemiyasından (2020-2022) sonra dəyişən iş şəraiti ilə bağlı keçirdiyi sorğuya görə, amerikalı işçilərin 96 faizi hesab edir ki, hibrid iş onların psixi sağlamlığı üçün faydalıdır.

Onlayn iş imkanları təmin edən "FlexJobs" şirkətinin mütəxəssisləri əməkdaşların uzaqdan işə yanaşmasını araşdıran sorğu keçirib. Anketdə iştirak edən 5600 nəfərin 96 faizi psixi sağlamlıqlarına xeyirli olduğunu əsas gətirərək ofisdə işləmək üçün hibrid işə üstünlük verib.

Hibridlərdə işləmək istəyən 96 faizin 47 faizi distant, 49 faizi həm ofisdən, həm də uzaqdan, cəmi 4 faizi isə yalnız ofisdə işləməyə üstünlük verib.

Fərqli mühitlərdə uzaqdan işləməyin psixi sağlamlıqlarına müsbət təsir göstərdiyini bildirən iştirakçıların 30 faizi uzaqdan işləmənin karyeralarına müsbət təsir etdiyini düşündüklərini söyləyib.

İşçilərin işlərini harada və nə vaxt başa vurduqlarına baxaraq məhsuldarlıq səviyyələrini ölçməklə mütəxəssislər uzaqdan və hibrid işin daha səmərəli olduğu qənaətinə gəliblər.

Mütəxəssislər kəşf ediblər ki, uzaqdan işləməyin insan sağlamlığı üçün ən böyük faydası stress səviyyəsinin azalmasıdır.

Sorğuda müəyyən edilib ki, işə gediş-gəliş arasında yol prosesi işçilərin 87 faizində stressə səbəb olur.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.