Maraqlı

Arıqlamaq istəyirsən? - Kiçik boşqaba keç, fərqi gör

15 İyun 2024 01:01
Baxış: 612
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yemək qablarınızın ölçüsünün arıqlama prosesinə heç bir təsiri olmadığını düşünürsünüzsə, yanılırsınız. Əslində bu parametr çox vacibdir. Bir insanın nə qədər tez arıqlaması qablarının genişliyindən asılıdır.

Milli.Az lent.az-a istinadən bildirir ki, yalnız ən kiçik boşqablardan istifadə edin və tox hiss etmək üçün çox yemək lazım olmadığını başa düşəcəksiniz.

Kiçik boşqablarda yemək niyə yaxşıdır?

Belə qablarda yeməyin kiçik bir hissəsi belə olduqca gözəl görünür. Və bu optik illüziya arıqlayan insana çox kömək edə bilər. Sadəcə bişmiş yeməyi kiçik boşqablara qoymaq lazımdır. Qab kiçik olduğu üçün yemək "çox" görünəcək, buna da görə də insan doyacaq. Nəticədə, aclıqdan xilas olmaq üçün çox yemək yeməyə ehtiyac qalmayacaq.

Bu psixoloji hiylə həqiqətən işləyir: cəhd edin və çox güman ki, onun effektivliyini görəcəksiniz. Amma geniş boşqabdan istifadə etmək kobud səhvdir. Porsiya kiçik görünəcək, buna görə toxluq hissi olmayacaq.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.