Maraqlı

“Lamborgini” ilk hibrid avtomobilini təqdim etdi

26 Aprel 2024 08:04
Baxış: 418
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

"Lamborghini" şirkəti hibrid güc sisteminə malik ilk "Urus SE" avtomobilini təqdim edib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə İtaliyanın avtomobil istehsalçısı şirkətinin mətbuat xidməti məlumat yayıb.

Yeni avtomobilin güc sistemi elektrik mühərrikli transmissiyaya malik 4 litrlik V8 mühərrikindən ibarətdir. "Urus SE" birinci yüz metri 3,4 saniyəyə, ikinci yüz metri isə 11,2 saniyəyə qət edə bilir. Avtomobil maksimum 312 km/saat sürət yığmaq gücündədir.

Dartma elektrik batareyası 25,9 kVt/saat həcmə malikdir. Akkumulyator elektrik dartma qüvvəsindən istifadə etməklə 60 km-ə qədər məsafə qət etməyə imkan verir.

Dizayn olaraq yenilənmiş ön hissə, bamperlər, diffuzor və optika ilə fərqlənir.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.