Bu günə qədər dünyada keçirilmiş qəribə və maraqlı gözəllik yarışmaları olub.
Bunlardan bəziləri çox maraqlı olduğu qədər, nə üçün keçirildiyi də sual doğurur.
Milli.Az sfera.az-a istinadən bu qəribə gözəllik yarışmalarından bəzilərini sizə təqdim edir.
Miss Mine (Mina Qurbanı Gözəli) Survivor Müsabiqəsi - Anqola
Anqolada keçirilən bu müsabiqə Soyuq Müharibə dövründə Anqolada yerləşdirilən minaların vurduğu ziyanı aşkar etmək məqsədi daşıyırdı. "Mina qurbanı gözəli" müsabiqəsində sağalmaz xəsarətlər alan və partlayan minalara görə əzalarını itirən insanlar iştirak ediblər.
Süni intellekt tərəfindən qiymətləndirilən gözəllik müsabiqəsi: Beauty Aİ
Bəli, düz oxudunuz, münsiflər heyəti süni intellekt robotlarından ibarətdir. Ən gözəl kişi və qadınların seçildiyi bu müsabiqədə iştirakın şərtləri kifayət qədər sadə idi: Makiyajsız, gün eynəksiz və saqqalsız
2016-cı ildə ilk dəfə fotoşəkillər vasitəsilə keçirilən gözəllik yarışması süni intellektin yarışmaçılar arasında dəri rənginə görə ayrı-seçkilik etdiyi düşünüldüyü üçün çoxlu reaksiyalara səbəb olub.
Ən maraqlısı 2016-cı ilin qalibləri arasında bir türk də var
Süni Gözəllik Müsabiqəsi - Çin
Plastik əməliyyat etdirmiş insanlar üçün təşkil edilən və ən gözəl estetik əməliyyata sahib qadınları seçən bu müsabiqə 2004-cü ildə Çində keçirilib. Müsabiqəyə 17-66 yaş arası plastik əməliyyat etdirmiş çoxlu qadın qatılıb. Əslində, bu müsabiqə plastik cərrahların uğurlarının mükafatlandırılması kimi qiymətləndirilə bilər.
Hər bir namizədin plastik əməliyyat etdirdiyini sübut edən sənəd təqdim etməsi məcburi idi.
Miss Massachusetts Yaşlılar Yarışması - ABŞ
Amerikanın Massaçusets ştatında keçirilən müsabiqə qadınların yaşlandıqca da gözəl olduqlarını göstərmək məqsədi daşıyır. 1978-ci ildən bəri hər il keçirilən müsabiqədə iştirak edən hər bir qadın yaşına baxmayaraq həqiqətən gözəldir!
Miss Russian Army - Rusiya
Rusiya Müdafiə Nazirliyinin təşkil etdiyi yarış qadınlar və hərbi dənizçilərdən ibarətdir. Bikini əvəzinə hərbi forma geyinən qadınlar podiumda gəzərək silahları ilə pozalar verirlər. Bu yarış həm də gənclərin orduya olan marağını xeyli artırırdı.
Ekzotik Miss World - ABŞ
1990-cı ildən bəri hər il Las-Veqasda keçirilən Miss Exotic World, ənənəvi gözəllik yarışmalarını bir növ ələ salmaq məqsədi daşıyan müsabiqədir. Müsabiqədə birinci olmaq üçün mümkün qədər absurd davranmaq, çılğın kostyumlar geyinmək adət idi.
Miss Beautiful Morals - Səudiyyə Ərəbistanı
Əxlaq kraliçasının seçildiyi bu yarışmada veriləcək mesaj insanın daxili gözəlliyinin daha önəmli olmasıdır. Münsiflər heyətinin qarşısına öz çadralarl ilə çıxan namizədlər qalib olmaq üçün müxtəlif meyarlara cavab verməlidirlər. Müsabiqə şərtləri arasında valideynlərə hörmət və itaət, İslam dəyərlərinə bağlılıq, mənəvi güc kəşf etmək kimi şərtlər var.
Miss Spine - ABŞ
1956-cı ildə ən gözəl onurğalı qadını seçmək üçün keçirilən bu müsabiqənin fotosu kifayət qədər maraqlı görünür, doğrudur, amma müsabiqənin formatı məhz belədir.
Həbsxanada gözəllik müsabiqəsi: Miss Talavera Bruce - Braziliya
Rio-de-Janeyrodakı yüksək təhlükəsizlik həbsxanasında keçirilən gözəllik yarışması 2005-ci ildən bəri keçirilir. Müsabiqənin məqsədi həbsxanada olan qadınların mənəviyyatını və özlərinə inamını yüksəltməkdir.
Star Trek həvəskarları üçün: Miss Klingon Empire - ABŞ
Bu dünyaya aid olmayan gözəlləri tapmaq üçün təşkil edilən yarışma bütünlüklə Star Trek həvəskarlarını cəlb edir. Namizədlər "Star Trek"dən istənilən qadın Klinqton obrazına çevrilərək müsabiqədə iştirak edə bilərlər.
Ayaq Gözəli Yarışması - Moda Sahili, İstanbul
1971-ci ildə Türkiyədə Kadıköy Moda Çimərliyində keçirilən ayaq gözəli yarışması ilk baxışda bir az qorxulu görünsə də, o zamanlar böyük marağa səbəb olmuşdu. Yalnız ayaqların vacib olduğu bu yarışmada namizədləri əhatə etmək çox yaxşı seçim olsa da, yarışa qatılanlar ruhlara oxşayırdı.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun